Rusiyada patentlə işləyən əcnəbilər ötən il 44 mlrd. rubla yaxın ödəyib

Rusiyada əmək patenti ilə işləyən əcnəbilər 2020-ci ilin yanvar-noyabr aylarında regional büdcələrə 43,5 mlrd. rubl (578 mln. ABŞ dolları) köçürüblər.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS agentliyinin sorğusuna cavab olaraq Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

"30 noyabr 2020-ci il tarixinə patentlər əsasında xarici vətəndaşlar tərəfindən əmək fəaliyyətinin həyata keçirilməsinə görə müəyyən bir avans ödənişi şəklində Rusiya Federasiyası subyektlərinin büdcələrinə daxil olan fərdi gəlir vergisinin məbləği 43,5 mlrd. rubl təşkil edib", - açıqlamada deyilir.

Nazirlikdən həmçinin bildirilib ki, Rusiyada koronavirus pandemiyası səbəbindən əmək miqrantlarının sayı azalıb: "2020-ci ilin 11 ayında 1 milyondan çox patent verilib". 2019-cu il ərzində 1,7 milyondan çox miqrant işləmək üçün patent alıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2020-ci ildə Rusiyaya müxtəlif məqsədlərlə gələn miqrasiya reyestrində qeydiyyatdan keçmiş əcnəbilərin sayı iki dəfə azalıb – 19,5 milyondan 9,8 milyona.

Xatırladaq ki, əmək patenti əcnəbilərə hüquqi şəxs və ya fərdi sahibkar qismində işləmək hüququ verir. Patent 12 aya qədər verilir və bir il uzadıla bilər.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi

SONRAKI XƏBƏR

Nadirlə Ayan elə səmimi şəkillər çəkdirdilər ki... FOTOLAR