Gürcüstanda dövlət dəstəyi ilə Marneulidə yeni - Ferma Açılıb

Gürcüstanda dövlət dəstəyi ilə Marneulidə yeni - Ferma Açılıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsində yeni mal-qara ferması işə düşüb.

FED.az xəbər verir ki, Marneulinin Dəmyə-Gorarxı kəndində istifadəyə verilən müəssisə dövlətin maliyyə dəstəyi ilə yaradılıb.

Müasir avadanlıqlarla təchiz olunan fermanın inşasına 2 milyon lariyə yaxın vəsait ayrılıb ki, bunun da 1,5 milyon larisini güzəştli aqro kredit, yerdə qalan hissəsini isə fermer Anar Sadıqovun investisiyası təşkil edir.

Müəssisə gündəlik olaraq 4 ton çiy süd istehsal edir. Məhsullar yerli bazarda satılır. Fermada 20 yerli sakin işlə təmin olunub.

Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Kənd Heyvandarlığı Agentliyinin direktoru İlya Tamaraşvili və Marneuli meriyasının nümayəndələri fermaya baş çəkərək iş prosesi ilə tanış olublar. (Report)

Mənbə: fed.az