Virusun yeni ştammından ölümlər niyə artır? - ÜST səbəbi açıqladı

Virusun yeni ştammından ölümlər niyə artır? - ÜST səbəbi açıqladı

Koronavirusun Britaniya ştammı dünyanın 60 ölkəsində qeydə alınıb.

Cebhe.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatında belə deyilir.

Artıq bir sıra ölkələr Birləşmiş Krallıqla hava nəqliyyatını dayandırıb. İngiltərədə artıq təcrid şəraitindədir. Bu, koronavirusun ilk başladığı və yayıldığı dövrdəki ən sərt karantindir.

Yoluxma sayı tədricən azalır, ancaq Britaniya hökuməti karantinin ölkə üzrə martın sonuna qədər davam edəcəyini istisna etmir.

Britaniya ştammından ölüm hallarının artması da sirr deyil və ÜST bunu səhiyyə sisteminin yüklənməsi ilə əlaqələndirir. Təşkilatın bu barədə mövqeyini fövqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkhove açıqlayıb.

Mənbə: cebhe.info