Nazir: Ali təhsildə əlçatanlıq, keyfiyyət, bərabər imkanlar və səmərəlilik əsas prinsiplərdir

Nazir: Ali təhsildə əlçatanlıq, keyfiyyət, bərabər imkanlar və səmərəlilik əsas prinsiplərdir

Azərbaycanın ali məktəblərinəqəbul olan abituriyentlərin sayı getdikcə artır.

Xezerxeber.az xəbər verirki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Xəzər TV-nin "Vaxtı Gəldi!”proqramının qonağı olan E.Əmrullayev müqayisə üçün deyib ki, 2015-2016-cı tədrisilində ali məktəblərə qəbul olanların sayı 31 699 nəfər olmuşdusa,2020-2021-ci tədris ilində bu rəqəm 43 371-dir.

Dövlət sifarişli yerlərinsayı ilə bağlı isə əsaslı dəyişiklik baş verib.

E.Əmrullayevin sözlərinəgörə, 2015- 2016-cı tədris ilində dövlət sifarişli yerlərin sayı 11 799, 2020-2021-ci tədris ilində isə 22 681 min olub. Bu isə təxminən 92 faizçox göstərici deməkdir.

Nazir deyib ki, artım həmçininsosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrintəhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi hesabına baş verib və buproses davam etdiriləcək.

Təhsil naziri açıqlayıbki, hazırda ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbələrin 56faizi dövlət hesasına oxuyur.

Nazir, ali təhsildə əlçatanlıq,keyfiyyət, bərabər imkanlar və səmərəliliyi əsas prinsiblər hesab edir: "Bizçalışmalıyıq ki, daha çox insan ali təhsil alsın, amma burada keyfiyyət məsələsiniunutmamalıyıq. Çünki əgər biz yalnız sayı artırarıqsa, keyfiyyət problemi olacaq.Keyfiyyətə fokuslanaraq az sayda insanı ali məktəbə cəlb edəriksə, onda tələbə sayındaproblemimiz olacaq. Sözsüz ki, ali təhsilin əlçatanlığı, gələcəkdə daha çox insanıəhatə etməsi prioritetimizdir. Amma burada da balans məsələsinə diqqətyetirmək lazımdır”.

Təhsil naziri, son iki ildəadambaşına maliyyələşmənin də təxminən 30 faiz artdığını xatırladıb.

 

Mənbə: xezerxeber.az