Gümüş kəskin ucuzlaşdı

Gümüş kəskin ucuzlaşdı

Gümüş əsaslı birja ticarət fondlarındakı mövqelər rekord səviyyədə artsa da, gümüşün qiymətlərindəki azalma 3 faizə çatıb.

Teleqraf.com xəbər verir ki, gümüş əsaslı birja əməliyyatları unsiya başına 25.1994 dollardan alınıb.

“İShares Silver Trust”un məlumatlarına görə, gümüş əsaslı birja ticarət fondlarındakı mövqelər çərşənbə günü 22,5 milyon unsiyaya yüksəldi, ən böyük fondun dəyəri isə 505,3 milyon dollara çatıb.

“Saxo Bank”ın Əmtəə Strateji Meneceri Ole Hansen bildirib ki, qızıl və gümüş bu gün aşağı düşsə də, bu həftə ən yaxşı performans göstərən mallar arasındadır.

Gümüşdə kəskin eniş davam edərkən, qızılın bir unsiyası 1.841.27 dollar ətrafında üfüqi bir kurs izləyib.

Qeyd edək ki, epidemiyanın yeni başladığı 2020-ci ilin martında gümüş ikinci dərəcəli alternativ olaraq diqqəti cəlb etməyə başlayıb. Gümüşün qiymətləri mart ayında 110 faiz nisbətində yüksələrək bir unsiyası 11 dollardan 25 dollara qədər qalxıb.

Mənbə: teleqraf.com