"Dostluq" yatağı Avropaya yeni imkanlar vəd edir - Robert Katler

"Dostluq" yatağı Avropaya yeni imkanlar vəd edir - Robert Katler

“Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” yatağında karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı və işlənməsi üzrə imzalanan anlaşma memorandumu Transxəzər boru kəməri layihəsi üçün son əngəli aradan qaldırdı. Artıq Türkmənistan qaz ixracına başlamağı gözləyir. Boru kəməri inşa etmək üçün ticari bir patrona ehtiyac yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri NATO-nun enerji təhlükəsizliyi proqramının direktoru Robert Katler Türkiyənin “Sabah” qəzetinə müsahibəsində deyib.

Onun fikrincə, “Dostluq” yatağında təbii qazdan əlavə 60-70 milyon ton neft var. Azərbaycan hazırda Cənub Qaz Dəhlizini (SGC) təşkil edən Trans Anadolu Qaz Boru Kəməri (TANAP) və bu yaxınlarda başa çatdırılmış Trans Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Avropa bazarlarına təbii qaz tədarük edir. Yaxın gələcəkdə Azərbaycanın Avropaya daha çox təbii qaz ötürməsi üçün “Dostluq” yatağı daha böyük perspektivlər vəd edir.

Mənbə: konkret.az