Bitcoin mayninqi üzrə gəlir 4.5 dəfə artıb

Bitcoin mayninqi üzrə gəlir 4.5 dəfə artıb

Bitinfocharts portalının məlumatlarına əsasən son 3 ay ərzində bitcoin mayninqi üzrə gəlirlər kəskin artıb. 2020-ci ilin oktyabrın ayında, bitcoin 11.500 dollar olduğu zaman 1 Tx / s üçün mayninq üzrə gəlir 0,063 dollar idi. Bitcoin 40.000 dolları keçdikdən sonra mayninq üzrə gəlir 0.281 dollara (759 satoşi) yüksəldi. Nəticədə son 3 ay ərzində bitcoin-in qiyməti 3.5 dəfə artsa da, mayninq üzrə gəlirlər 4.5 dəfə artıb. Bundan əlavə, maynerlər son aylarda şəbəkədə tranzaksiyalar üzrə yüksək komissiyalar hesabına əlavə gəlir qazanmaq imkanı qazanıblar. ByteTree ötən həftə maynerlərin 7.050 BTC qazandığını, əvəzində isə 10.840 BTC satdıqlarını bildirib.

Kriptovalyuta bazarında qiymətlərin bahalaşması fonunda mayninq avadanlıqlarına tələb kəskin artıb. Bu səbəbdən Bitmain şirkətinin mayner avadanlıqları (S19) cari ilin avqust ayına qədər artıq satılıb, qiymətlər isə 2 dəfə artıb.

Mənbə: news.milli.az