Koreya yeni gəmilərin inşasına 187 milyon dollar ayırıb

Cənubi Koreya hökuməti yeni inşa olunacaq gəmilərin ekoloji texnologiyalarla təchiz edilməsi üçün 187 milyon dollar məbləğində pul ayırıb.

Milli.Az seanews.az-a istinadən bildirir ki, bu il Koreyada 39 ədəd ekoloji gəminin və iqtisadiyyatın dövlət sektoru üçün 23 ədəd gəminin inşası planlaşdırılır. 2030-cu ilə qədər Koreyada ekoloji texnologiyalarla təchiz edilmiş 530 ədəd gəminin istismar ediləcəyi gözlənilir. O cümlədən LNG ilə çalışan 2 ədəd bunker gəmisinin inşası da bu plana daxildir.

Bütün gəmi sahibləri yeni ekoloji texnologiyaların tətbiqi üçün tələb olunan xərclərin 20%-i qədər təzminat ala biləcəklər.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə sahillərində dəniz suyu 40 metr çəkildi

SONRAKI XƏBƏR

İran xarici işlәr naziri Bakıya gəlib