2021-ci ildə qablaşdırma dizayn trendləri nələr olacaq?

2021-ci ildə qablaşdırma dizayn trendləri nələr olacaq?

Qablaşdırma məhsulların müştərilərə doğru ən güclü dəvətlərindən biridir. Xüsusilə də fast istehlak məhsulları üçün olduqca vacibdir. Əlbəttə ki, bütün daşların yerindən oynadığı 2020-ci ildən sonra qablaşdırma dizaynının da dəyişməməsi mümkün deyil. Prioritetləri dəyişən istehlakçılar qarşıdakı dövrdə sahibkarlardan necə bir qablaşdırma gözləyir?

Cəmiyyətdəki ruh halımız qablaşdırmalara necə təsir edəcək? Qısası, 2021-ci ildə qablaşdırma dizaynında trendlər nələr olacaq?

Bu cavablar B12 Creative Branding-in qurucusu və kreativ direktoru Bürkan Çiftçigüzelidən gəlir.

Qablaşdırmada da trend: Davamlılıq!
Yaxın zamanlarda qablaşdırma dizaynı çox daha təbii və davamlı materiallardan hazırlanacaq və içərisindəki məhsul isə daha təbii olacaq. Qablaşdırmanın ətraf mühiti qoruyan və zərər verməyən quruluşu hesabına müştəri üçün də üstünlük verilən olacaq. Ətraf mühit dostu qablaşdırma tendensiyası dünyada sürətlə yayılıb. "Məşhur bir su markası, etiketsiz şüşələrini satışa çıxarıb. Bu o deməkdir ki, yapşdırıcı və plastikdən istifadəni də avtomotik olaraq dayandırır. Kiçik görünən belə detallar ilə hesablandığında nə qədər pula və məhsula qənaət edildiyini görmək olur, eləcə də bu cür tendensiyaları başqa markalar da izləyir və tətbiq edirlər. Qlobal bir şorba markası yenidən istifadə edilə bilən şorba qablaşdırmalarını istehlakçılara təqdim edib. Dünyanın ən böyük oyuncaq istehsalçısı, artıq qutulardan çıxan plastik qablaşdırmanın əvəzinə kağızdan istifadə edir. Bu kimi trendlər yavaş-yavaş ölkəmizdə də müşahidə edilməyə başlanılıb. Ancaq ölkə üzrə geniş yayılması bir az zaman alacaq".

Markalar artıq daha şəffaf olmaq məcburiyyətindədirlər
2021-ci ildə qablaşdırma ilə yanaşı, məhsul etiketlərində də yeniliklərin olacağı gözlənilir. Müştərilərin çoxu sağlam həyat tərzi yaşamaq istəyir, onlar üçün məhsulun təkibindəkilər vacibdir. Ona görə də yaxın dövrlərdə markalar, qablaşdırdıqları məhsulun tərkibində nə qədər şəkər və təbii məhsulların olub-olmadığını daha açıq və aydın bir şəkildə təsvir edəcək.

Qablaşdırmalarda canlı rənglər hakim olacaq
Qablaşdırma dizaynında təbiiliyin özündə isti və güclü rənglər hakim olacaq. Bu günlərdə bezən müştərilər özlərini motivə edən, enerjik, canlı hissetdirən rənglərin olduğu, yenə içərilərində özlərini tapacaqları illüstrasiyalar ilə dizayn edilən qablaşdırmalar marketinq dünyasını daha da maraqlı edəcək. Qablaşdırmanı ilk açdığınızda, yenilikçi, gözəl hisslər və təcrübələr yaradan markalar bir sonrakı seçimdə üstünlük verilən olacaq.

Minimalist dizaynlara maraq artır
Avropada uzun zamandır ki, markalar qablaşdırmada minimalist dizayndan istifadə edirlər. Ancaq ölkəmizdə sosial-iqtisadi səbəblərdən dolayı bir az daha yavaş inkişaf edir.

Mənbə: news.milli.az