İndoneziya İran tankerini saxladı - Foto

İndoneziya İran tankerini saxladı - Foto

Eastnews.org-un verdiyi xəbərə görə, İndoneziya Sahil Mühafizə Qüvvələri ölkənin Qərbi Kalimantan bölgəsi sularında İran və Panama bayraqlı "Horse" və "Frea" neft tankerini dayandırdığını iddia edib.

Bu barədə Sahil Təhlükəsizlik Qüvvələrinin rəsmi "Tvitter" hesabında etdiyi paylaşımda qeyd olunub.

Onların ələ keçirilməsinə səbəb kimi hər iki neft tankerinin yerlərini göstərən siqnalı söndürmələri göstərilib.

Mənbə: eastnews.org