Çindən Türkiyəyə daha 6,5 milyon doza vaksin gətirilib

Çindən Türkiyəyə daha 6,5 milyon doza vaksin gətirilib

Yanvarın 25-də Çindən Türkiyəyə daha 6,5 milyon doza vaksin gətirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Peyvəndləri gətirən təyyarə İstanbul hava limanına enib. Ümumilikdə Çindən gətirilməsi nəzərdə tutulan 50 milyon doza vaksin Türkiyədə həyata keçirilən tədarük planına uyğun olaraq vaksinasiya proqramı çərçivəsində hissələrlə çatdırılır. İlkin mərhələdə Çindən Türkiyəyə üç milyon doza vaksin gətirilib.

Qeyd edək ki, Türkiyənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi şura peyvəndin təsir nisbətinin 91,25 faiz olduğunu açıqlayıb.

Mənbə: xezerxeber.az