İsveçrədə nə qədər Rusiya pulu var? - Məbləğ açıqlandı

İsveçrədə nə qədər Rusiya pulu var? -

İsveçrədə sanksiyalar çərçivəsində dondurulan Rusiya maliyyə aktivlərinin həcmi 2026-cı ilin iyun ayına olan məlumata görə 8,5 milyard İsveçrə frankına çatıb.

Bu barədə TASS-a İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəsmi nümayəndəsi Fabian Mayenfiş məlumat verib.

Onun sözlərinə görə, 1 iyun 2026-cı il tarixinə ölkədə 8,5 milyard İsveçrə frankı məbləğində maliyyə aktivləri dondurulub. Bu göstərici bir il əvvəl 7,4 milyard frank təşkil edib.

Bundan başqa, sanksiyalar çərçivəsində 14 daşınmaz əmlak obyekti də məhdudiyyət altında saxlanılır. Siyahıya həmçinin sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslərə məxsus idman və lüks avtomobillər, incəsənət əsərləri, mebel və musiqi alətləri daxildir.
Ayrıca olaraq, Rusiya Mərkəzi Bankının ehtiyat və aktivləri də İsveçrədə immobilizə edilib. Onların həcmi 2026-cı ilin iyununda 6,8 milyard İsveçrə frankı olub. Bir il əvvəl bu məbləğ 7,2 milyard frank təşkil edirdi.
O, bildirib ki, İsveçrə Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri ətrafında beynəlxalq müzakirələri diqqətlə izləyir.

Günay Əli

Mənbə: konkret.az