Azərbaycanda saxlamada olan qiymətli kağızların ümumi dəyəri - 5% Artıb

Azərbaycanda saxlamada olan qiymətli kağızların ümumi dəyəri - 5% Artıb

2020-ci ilin sonuna Milli Depozit Mərkəzində (MDM) saxlamada olan qiymətli kağızların ümumi dəyəri 2019-cu ilin sonuna nisbətən 5% artaraq 45 milyard manat təşkil edib.

FED.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, ötən il saxlamada olan səhmlərin və istiqrazların dəyəri müvafiq olaraq 3% və 7% artaraq hər biri 22 milyard manat, Azərbaycan Mərkəzi Bankının notlarının dəyəri isə 1% artaraq 780 milyon manat olub. (Report)

Mənbə: fed.az