Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini icra edən Vahan Kostanyanın Kiyevdə keçirdiyi görüşdən maraqlı detal diqqət çəkib.
Avqustun 15-də Ukraynaya işgüzar səfəri çərçivəsində Vahan Kostanyan Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko ilə görüşüb.

Görüş zamanı tərəflər Ermənistan-Ukrayna əməkdaşlığının gündəliyini müzakirə ediblər. Həmsöhbətlər qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığın fəallaşdırılmasının vacibliyini vurğulayıblar.
Görüşdən yayılan görüntülərdə masada Ermənistan istehsalı olan “Bjni” mineral suyunun olması diqqət çəkib. Kostanyana məhz bu sudan təqdim edilib.
Qeyd edək ki, “Bjni” mineral suyunun Rusiyaya idxalına və satışına məhdudiyyət tətbiq edilib.
Mənbə: musavat.com