İngiltərə hotellərində yeni qayda

İngiltərə hotellərində yeni qayda

İngiltərə nazirləri ölkədə səyahət məhdudiyyətlərinin artırılmasını müzakirə edəcəklər.

Bu barədə məlumatı İngiltərə Baş naziri Boris Conson bildirib. Onun sözlərinə görə İngiltərəni Covid-19 pandemiyasının yeni növlərindən qorumaq üçün daha ciddi təbirlər görülməlidir.

“BBC”nin hesabatına görə sərtləşdirmə qərarları İngiltərə hotellərinə də tətbiq ediləcək. Belə ki, İngiltərədəki dövlət rəsmiləri, səyahətçilərin otellərdə 10 gün karantinaya alınmasını və yer haqqını karantinaya alınan şəxs tərəfindən ödənilməsini planlaşdırır.

Bildirilir ki, ölkənin aviasiya və turizm sənayesinə Covid-19 məhdudiyyətləri fonunda ciddi ziyan dəyib.

Mənbə: www.iqtisadiyyat.az