Türkiyədən İsrailə uçuşlar dayandırıldı

Türkiyədən İsrailə uçuşlar dayandırıldı

“Türk Hava Yolları” aviaşirkəti (THY) yanvarın 26-dan 31-dək İsrail səfərlərinin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul edib.

Publika.az xəbər verir ki, bununla bağlı şirkətin rəsmi sosial media hesabında bildirilib.

Məlumatda bu istiqamətdə bileti olan sərnişinlərin THY-nin ofislərinə və ya satış mərkəzlərinə müraciət etmələri xahiş olunur.

Səfərlərin dayandırılması səbəbləri ilə bağlı açıqlama verilməyib.

Mənbə: publika.az