Dünyanın ən təhlükəsiz aviaşirkəti açıqlandı

Koronavirus pandemiyası dövründə səyahət üçün ən təhlükəsiz aviaşirkətin adı açıqlanıb.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, bu, “Qatar Airways” aviaşirkətidir. Belə bir nəticəyə Böyük Britaniyanın “Skytrax” marketinq şirkəti apardığı araşdırmalardan sonra gəlib.

“Qatar Airways” ən uzunmüddətli uçuşları həyata keçirən şirkət olaraq 5 ulduza layiq görülüb. Mütəxəssislər təyyarəyə minməzdən əvvəl bütün müştərilərə viruslardan qorunmaq üçün xüsusi vizorlar, habelə gigiyena məhsulları olan çantalar verildiyini qeyd ediblər.

Qeyd edək ki, 2020-ci ilin noyabrında turistlər dünyanın ən yaxşı aviaşirkəti olaraq "Emirates Airlines”i seçmişdilər. Növbəti pillələri isə “British Airways” və “Virgin Atlantic” tutmuşdu.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu ötüb

SONRAKI XƏBƏR

Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı