Aİ-nin dəstəyi ilə Azərbaycanda “Vergi mübahisələrinin səmərəli həlli” texniki yardım layihəsinə başlanılıb

Aİ-nin dəstəyi ilə Azərbaycanda “Vergi mübahisələrinin səmərəli həlli” texniki yardım layihəsinə başlanılıb

Avropa İttifaqının dəstəyi ilə Azərbaycanda keçiriləcək “Vergi mübahisələrinin səmərəli həlli” texniki yardım layihəsinə start verilib.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bir neçə komponentdən ibarət olan layihənin icra müddəti 18 aydır.

Bunlar vergi mübahisələrinin həll olunması sisteminin hüquqi və institusional çərçivədə gücləndirilməsi, Dövlət Vergi Xidməti əməkdaşlarının mübahisələrin həlli istiqamətində bilik və bacarıqlarının artırılması, vergi mübahisələri ilə bağlı aidiyyəti tərəflərin, həmçinin ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması üzrə kommunikasiya proqramıdır.

Qeyd edək ki, layihənin icrası üzrə tenderin qalibi Hollandiyanın “ECORYS” şirkətidir.

Mənbə: apa.az