Publik hüquqi şəxslərə göstərilən işlər və xidmətlərin ƏDV-dən azad edilməsi müddəti artırılır

Publik hüquqi şəxslərə göstərilən işlər və xidmətlərin ƏDV-dən azad edilməsi müddəti artırılır

Azərbaycanda publik hüquqi şəxslərə göstərilən işlər və xidmətlərin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi müddəti artırılır.

APA-nın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Məcəlləyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilib.

Layihəyə əsasən, bu müddət daha 1 il artırılır.

 

Mənbə: apa.az