Karantin yumşalandan sonra bölgələrə turist axını başlayıb

Karantin yumşalandan sonra bölgələrə turist axını başlayıb

Azərbaycanda sərt karantin rejiminin yumşaldılması, şəhərlər və rayonlararası gediş-gəlişin bərpa olunması regionlara turist axınına müsbət təsir edib. Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

O bildirib ki, regionlarda otellər artıq yerli turistləri qəbul edir və otellərin bronlaşdırılmasında yüksək aktivlik müşahidə olunur:

"Turistlər daha çox qar yağan və qış turizminin inkişaf etdiyi rayonlara üz tuturlar. Müşahidələrimizi nəzərə alaraq, gediş-gəlişin bərpa olunmasının rayonlara səfər edən insanların sayına müsbət yöndə təsir göstərdiyini deyə bilərəm. Məktəblərdə tətillərin başlaması da aktivliyin artmasına səbəb olan amillərdən biridir. Ümumilikdə isə bir ilə yaxındır ki, pandemiya ilə əlaqədar turizm sənayesi çətinliklərlə qarşı-qarşıyadır. Bununla yanaşı turistlər də səyahət etmək məhdudiyyəti ilə üzləşirlər. Düşünürəm ki, daxili turizmin bərpası turizm sektorunda canlanmaya səbəb olacaq".

Aytən Zəhra

Mənbə: azvision.az