“Huawei” smartfon biznesini satır

“Huawei” smartfon biznesini satır

Çinin “Huawei” şirkəti qabaqcıl smart­fonların istehsalı üzrə biznesi satmağı planlaşdırır. Bildirilir ki, “Huawei” Şanxay iqtisadi zonasına daxil olan konsorsiumlar­dan biri ilə danışıqlar aparır. Danışıqların bir neçə aydır davam etdiyi qeyd olu­nur. Danışıqlar uğurla başa çatacağı təqdirdə Çin şirkəti “Mate” və “P” seriyalı qabaqcıl smartfonların istehsalı üzrə biznesi sataraq diqqəti ucuz smartfonların buraxılışına yönəldəcək.

Məlumatı “Reuters” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com