Məsuliyyətsizlikdən doğan partlayış - VİDEO

Məsuliyyətsizlikdən doğan partlayış - VİDEO

"Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun bu sözlərindən sonra gəlinən ilkin nəticə təbii qazla təhlükəsilik qaydaları çərçivəsində davranmağı yenidən gündəmə gətirir.

“Mavi bomba”nın törətdiyi bu faciə isə ilk deyil, bu gedişlə nə də ki son olacaq. İllərdir bu mövzuda vətəndaşlar arasında maarifləndirmə işləri aparılsa da, qazın törətdiyi partlayışlara əsasən qış fəsilində daha çox raxt gəlinir və ciddi dağıntılarla yanaşı ölüm də qeydə alınır necə ki, ötən gün yaşandı. Odur ki, hər bir mavi yanacaq istehlakçısI üzərinə düşən borcu vaxtlı vaxtında yerinə yetirməlidir.

Təbii qazdan təhlükəsiz istifadə qaydalarında qeyd olunur ki, fərdi yaşayış evlərinin daxili qaz kəmərlərində, qaz cihazlarında hər hansı bir nasazlıq və ya təhlükəli hadisə baş verərsə, bu zaman bütün məsuliyyəti ev sahibi daşıyır.

Mavi yanacaqdan təhlükəsiz istifadə qaydalarına əməl etmədikdə isə həyat yolunun yarıda bağlanması deməkdir. Odur ki, təhlükəsiz yaşamağın digər bir yolu da məsuliyyətdən keçir.

Mənbə: www.realtv.az