Şəhid ailələri və qazilərə qayğı - VİDEO

Şəhid ailələri və qazilərə qayğı - VİDEO

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ailələrinin, həmçinin qazilərimizin mənzil və fərdi evlərlə təmin olunmasına hesablanıb.

Sərəncamdan irəli gələn məsələlərə görə, onların mənzil şəraitinin yaxşılaşdırılması 2021-2025-ci illəri əhatə edəcək. Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Qulieyv bildirdi ki, yeni sərəncam həm Vətən müharibəsi qazilərinə və şəhid ailələrinə, həm 1-ci Qarabağ savaşında şəhid olanların ailələrinə, həm də Çernobl əlillərinə aid olcaq və proses mərhələlərlə həyata keçiriləcək.

Kənd yerlərində yaşayanlar isə torpaq sahəsi ilə təmin ediləcək. Vətən müharibəsindən sonrakı mərhələdə şəhid ailələri və qazilərin sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılması dövlət üçün prioritet məsələdir. Şəhid ailələrinə veriləmn Prezident təqaüdünün məbləğinin artırılması, “YAŞAT” Fondunun yaradılması dövlətin onlara veridiyi dəstəyin bariz nümunəsidir.

Bundan başqa, şəhid ailəsinin üzvləri növbədənkənar işə götürüləcək. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildiridi ki, məsələ parlamentin iclasına çıxarılacaq və “Məşqulluq haqqında” qanuna dəyişiklik ediləcək.

Mənbə: www.realtv.az