Azərbaycan əhalisinin bank əmanətlərinin dollarlaşması son altı ilin minimumuna enib

2021-ci ilin yanvarın 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8 177,9 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 5,3% azdır.

Qazet.az-ın Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, əmanətlərin 50,8%-i xarici valyutadadır, bu da 2015-ci ilin yanvar ayından bəri (ilk devalvasiyanın baş verdiyi ay – red.) əmanətlərinin ən aşağı dollarlaşma səviyyəsidir.

Qeyd edək ki, xarici vətəndaşların banklardakı əmanətlərinin həcmi 280,8 mln. manat təşkil edib. Bu, illik müqayisədə 35,3% azdır. Qeyri-rezidentlərin əmanətlərinin 59%-i xarici valyutadadır.

Qazet.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağdakı Rusiya sülhməramlıları koronavirusa qarşı peyvənd olunub

SONRAKI XƏBƏR

Qızıl 7 dollara yaxın ucuzlaşdı – Birja