27 yanvar, Fineko/abc.az. Almaniyanın nəhəng şirkətlərindən daha biri böyük ixtisara başlayır.
ABC.AZ-ın məlumatına görə, "Volkswagen"-ə məxsus yük maşını istehsalçısı MAN şirkəti 2022-ci ilin sonuna qədər sosial hüquqları mümkün qədər qorunmaqla 3 500 işçisini ixtisar edəcək.
Şirkət bu addımını yenidən təşkil edilməsi ilə izah edib. Onlar hesab edir ki, ixtisarlar MAN-in 1,7 milyard avro vəsaitə qənaət etməsinə imkan verəcək.
Müəllif: Elmir Murad
Mənbə: abc.az