“Bakı Sığorta” baş ofisinin yerini dəyişib

“Bakı Sığorta” baş ofisinin yerini dəyişib

Sabahdan “Bakı Sığorta” ASC-nin baş ofisi yeni ünvanda fəaliyyət göstərəcək.

“Report” xəbər verir ki, şirkətin baş ofisi indiyə qədər fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 315C ünvanından Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanına köçürülüb.

Maliyyə qurumu sığorta hadisələrinin tənzimlənməsi xidmətini isə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 15 ünvanında göstərəcək.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC-yə (51,29%), “Toyota Absheron Center” MMC-yə (9,38%), “Subaru Azərbaycan” MMC-yə (9,38%), “Yeni Motor” MMC-yə (9,38%), Murad Rəhimova (6,97%), Behbud Nəcəfova (6,93%) və “Ekolizinq” MMC-yə (6,68%) məxsusdur.

Mənbə: www.realtv.az