Qlobal qaz tələbatı bu il 3 % artacaq - PROQNOZ

Qlobal qaz tələbatı bu il 3 % artacaq  - PROQNOZ

Bu il təbii qaza olan qlobal tələbat 2019-cu ilin səviyyəsinə çatmaqla 2.8 % və ya təxminən 110 mlrd. kubmetr artacaq.

Redaktor.az-ın verdiyi məlumata görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) baş analitiki Jan-Batist Dübröy deyib.

Məlumata görə, ötən il qaza olan qlobal tələbat rekord 100 mlrd. kubmetr azalıb. Səbəb kimi ilin əvvəlində havaların isti keçməsi və koronavirus pandemiyası göstərilir. //APA

 

Mənbə: redaktor.az