11 şəhər və rayonda təmir-bərpa işləri - VİDEO

11 şəhər və rayonda təmir-bərpa işləri - VİDEO

Müharibə dövründə ziyan görən 11 rayon və şəhərdə təmir-tikinti işlərinə başlanılıb. Ballistik raketlərin atılması nəticəsində Gəncədə dağılan evlər yenidən tikiləcək, bəzisi təmir-bərpa olunacaq. Vətən müharibəsinin gedişində düşmən İstilik Elektrik Stansiyasını hədəf aldığı üçün Mingəçevirdə ətraf ərsazilərdə zərər görən evlərin bərpasına başlanılıb.

Ağcabədi və Beyləqan, Bərdə rayonlarında da dağılan və zərər görən fərdi yaşayış evlərinin, inzibati binaların və mülki obyektlərin də tikintisi, bərpasına start verilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və podratçı şirkət Füzuli rayonunda fərdi evlərlə yanaşı, zərər görən sosial obyektlərin də tezliklə bərpası nəzərdə tutulur. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Tərtər rayonunda ziyan dəymiş obyektlərin sayı bəllidir. Məlumata görə, bu, 4 mini keçib.

Cəbrayılın Cocuq Mərcanlı kəndində, Ağdamın azad olunmazdan əvəvl bizdə olan kənd və qəsəbələrindəki infrastruktur, sahibkarlıq obyektləri, sosial və inzibati binaların tezliklə başa çatdırılması üçün qüvvələr səfərbər edilib.Təmir-bərpası mümkün olmayan evlərin əvəzində eyni tipli evlərin tikilməsi planlaşdırılır

Xatırladaq ki, müharibə dövründə Ermənistanın ballistik raketlər və digər silahlarla darmadağın etdiyi ərazilərimizin bərpasından söhbər gedir. Sözügedən ərazilərə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının Sərəncamı ilə yaradılan Dövlət Komissiyasının fəaliyyəti nəticəsində 10 000-dən artıq obyektə baxış keçirildikdən sonra təmir-tikinti işləri davam etdirlir.

Mənbə: www.realtv.az