Dollar ilə bağlı VACİB XƏBƏR

Dollar ilə bağlı VACİB XƏBƏR

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) 2021-ci ildə keçirilən ilk iclasında uçot dərəcəsi ilə bağlı qərar qəbul edib.

Qazet.az xəbər verir ki, uçot dərəcəsi 0-0,25 faiz səviyyəsində sabit saxlanılıb.

Uçot dərəcəsi aşağı olarsa, müvafq olaraq kredit faizləri aşağı düşür və kredit əhali üçün daha əlçatan olur. Kredit faiz dərəcələri endiyi üçün, əhali daha çox kredit götüməyə həvəs göstərir. Nəticədə, dövriyyədə olan pul kütləsi artır və alış-veriş həcmi artır. Məhsullara olan tələb yüksəldiyi üçün onun dəyəri artır. Bununla bərəbər infilyasiya səviyyəsi də artmağa başlayır. İnflyasiya səviyyəsi yüksəldikcə əhalinin həyat səviyyəsi aşağı düşür.

Uçot faiz dərəcəsinin artması milli valyutanın xarici valyutalar qarşısında dəyər qazanmasına səbəb olur. Devalivasiyadan sonra uçot dərəcəsinin artırılması və manatın dəyərinin qorunub saxlanılması buna nümunədir.

Mənbə: qazet.az