Bakıda təndir çörəyinin qiyməti bahalaşdı

Bakıda təndir çörəyinin qiyməti bahalaşdı

Bakının bir sıra ərazilərində təndir çörəyinin qiyməti bahalaşıb.

XəbərAl.az xəbər verir ki, paytaxt təndirxanalarında daha əvvəlki qiymətə çörək tapmaq çox müşkül görünür.

Əsasən 50 qəpiyə aldığımız və bu qiymətə öyrəşdiyimiz təndir çörəyi indi 60 qəpiyə satılır. Qiymət artımı olmayan yerlərdə isə daha çox çörəyin çəkisində fərq var.

Maraqlıdır ki, bahalaşma isə təkcə Bakıda deyil, paytaxtın ətraf yerlərində, Abşeron rayonunda da müşahidə edilməkdədir.

 

Mənbə: xeberal.az