28 yanvar, Fineko/abc.az. İDK MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Əliyar Əsgərov vəzifəsini tərk edib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, BOKT-yə rəhbərlik Cavid Cəliliyə həvalə olunub.
Ə.Əsgərov həm də İDK-nın yeganə təsisçisidir.
Amma yeni direktor təyinatı onun BOKT-ni satması ilə əlaqədar deyil və təsisçi olaraq qalmaqdadır.