Zəfər yolunun tikintisi davam edir - VİDEO

Zəfər yolunun tikintisi davam edir - VİDEO

Azad edilmiş ərazilərdə yol infrastrukturunun qurulması planlı şəkildə həyata keçirirlir.

Füzulidən Şuşa şəhərinə açılmış yeni yolun tikintisi tam sürətlə davam edir.

Zəfər yolunun tikintisinin 1-ci mərhələsi artıq yekunlaşdırılıb. Hava şəraiti nəzərə alınaraq yaxın müddətdə asvaltlanma işlərinə start veriləcək.

AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli tikinti işləri ilə bağlı ən son məlumatları verir.

Qeyd edək ki, Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir.

Mənbə: www.realtv.az