Ötən il aylıq maddi dəstək göstərilən din xadimlərinin sayı açıqlandı

Ötən il aylıq maddi dəstək göstərilən din xadimlərinin sayı açıqlandı

Ötən il 984 nəfər din xadiminə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən aylıq maddi dəstək göstərilib.

Open.az xəbər verir ki, bunu Fondun icraçı direktoru Mehman İsmayılov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsait hesabına 22 qeyri-islam dini icmasına maliyyə yardımı verilib.

Fondun Nizamnaməsinə uyğun olaraq il ərzində şəhid ailələri, Qarabağ əlilləri, aztəminatlı ailələr və tələbələrə, imkansız xəstələrə yardımlar etdiyini deyən M.İsmayılov bu yardımların bir hissəsinin dini icmalar vasitəsilə, bir hissəsinin isə birbaşa verildiyini deyib.

Mənbə: open.az