Biləsuvar rayonunun 6 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 27-də saat 10:00-dan işlər yekunlaşanadək Ağalıkənd, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Aşağı Cürəli kəndlərinin qaz təchizatı dayandırılacaq.
Mənbə: oxu.az