
"Bu məbləğ ortaaylıq əmək haqqının 51 faizi deməkdir. Həmin dövrdə pensiyanın orta məbləği yaşa görə 10.2, əlilliyə görə 10.5, ailə başçısını itirməyə görə isə 10.3 faiz artıb.
Pensiyaların orta məbləğindəki artım daha çox bu ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar 9.3 faiz indeksləşdirilərək artırılıb. Bu isə orta pensiya məbləğinə təsir göstərib.
"Əmək pensiyaları haqqında" Qanuna əsasən, bütün növ əmək pensiyalarının növbəti dəfə indeksləşdirilərək artırılması gələn ilin yanvarında reallaşacaq.
Bu zaman 2026-cı ildəki ortaaylıq əmək haqqındakı rəsmi artım faizinə uyğun olaraq pensiyalar da artırılacaq. Pensiya artımları bir milyon yüz min vətəndaşımızı əhatə edir".
Mənbə: oxu.az