O bildirib ki, növbəti mərhələlərdə bu təşəbbüsün dövlət təşkilatları və dövlət qurumlarında icra edilməsi nəzərdə tutulub:
"Həmçinin qeyd etmək istərdim ki, bu ilin əvvəlində cənab Prezident rəqəmsal inkişaf üzrə fəaliyyət planının qəbul edilməsi haqqında fərman imzalayıb. Bu plan innovasiyanın, innovasiya ekosisteminin böyük həcmdə islahatını, eləcə də vençur və kütləvi maliyyələşdirməsi üzrə yeni qəbul edilmiş geniş qanunvericilik paketini əhatə edir. Bu da maliyyəyə çıxışı artırır və startaplar üçün yeni imkanlar yaradır.
Mən bunu ona görə deyirəm ki, açıq innovasiyanın həyata keçirilməsi texnologiya şirkətləri üçün yeni gündəm yaradır".
"Plug and Play" ilə birlikdə biz bu proqramı həyata keçiririk və bu ilin əvvəlində, bildiyim qədər, altı yerli startapı birlikdə Silikon Vadisinə apardıq və onlara "Plug and Play"in həmkarları və maraqlı tərəfləri ilə görüşlər keçirməkdə kömək etdik. Bu, kifayət qədər uğurlu oldu.
Hazırda "Plug and Play" ilə onların Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı müzakirə mərhələsindəyik. Ümid edirəm ki, bu müzakirələr müsbət nəticə verəcək və biz bütün bu əməkdaşlığı və tərəfdaşlığı genişləndirərək, Azərbaycanla birlikdə burada innovasiya ekosisteminin qurulmasına töhfə verəcəyik", - deyə o qeyd edib.
Mənbə: oxu.az