Ərzaq qiymətləri dünya üzrə ən yüksək həddə çatıb

Ərzaq qiymətləri dünya üzrə ən yüksək həddə çatıb

Avqust ayında qlobal ərzaq qiymətləri 2022-ci ilin sonlarından bəri ən yüksək səviyyəyə qalxıb.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Bu dinamikanın səbəbləri artan geosiyasi gərginlik və ekstremal hava şəraiti göstərilib. Təşkilatın hesabatına görə, ərzaq qiymətləri indeksi iyul ayı ilə müqayisədə 1,9%, ötən ilin avqust ayı ilə müqayisədə isə 2,5% artaraq orta hesabla 133,3 bal təşkil edib. Ən böyük qiymət artımları buğda (+2,6%), şəkər (+11,9%) və qarğıdalı (+2,5%) üzrə olub. Bütün dənli bitkilər ümumilikdə 2,2% artıb.

Bundan əlavə, Avropada isti dalğalarının yaratdığı zəif məhsulun idxaldan asılılığın artmasına səbəb ola biləcəyi və potensial olaraq təchizat uğrunda rəqabəti daha da artıra biləcəyi qeyd olunur. Hava ilə bağlı risklərin yaxın zamanda azalması ehtimalı azdır, bu da qlobal ərzaq bazarlarının başqa bir inflyasiya şokuna qarşı həssas qalacağı deməkdir.


Mənbə: unikal.az