Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb.

Bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparılan monitorinqlər nəticəsində ağaclar üzərində qanunsuz yerləşdirilmiş 267 reklam qurğusu müəyyən edilərək sökülüb.

Qeyd olunub ki, reklam qurğularının ağaclarda, qayalarda və digər təbiət obyektlərində quraşdırılmasına icazə verilmir.

ADRA vətəndaşları və sahibkarları yaşıllıqlara hörmətlə yanaşmağa çağırıb. Qanunvericiliyin tələblərinə zidd quraşdırılan reklam qurğularının müəyyənləşdirilməsi və sökülməsi istiqamətində nəzarət tədbirləri davam etdiriləcək.

Qanun pozuntusuna görə fiziki şəxslər 300-500 manat, vəzifəli şəxslər 1500-2500 manat, hüquqi şəxslər isə 5000-10 000 manat məbləğində cərimələnə bilərlər.

Mənbə: publika.az