Uzun illər vergi sahəsində fəaliyyət göstərmiş Elçin Məmmədov 61 yaşında vəfat edib.
O, fəaliyyəti dövründə peşəkarlığı, prinsipiallığı və vətəndaşlara obyektiv münasibəti ilə həmkarlarının və Şəmkir ictimaiyyətinin hörmətini qazanıb.
Elçin Məmmədov son olaraq Dövlət Vergi Xidmətinin Yevlax şəhərində yerləşən 11 saylı Ərazi Vergilər Baş İdarəsində çalışıb.
Mənbə: unikal.az