Gürcüstan İran Hava Yollarının ölkəyə uçuşunu qadağan edib.
Mülki Aviasiya Agentliyi sanksiyalar rejiminə əməl edəcəyini açıqlayıb: ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya edilmiş 27 İran aviaşirkətindən beşi Gürcüstana uçur. ABŞ məhdudiyyətləri tətbiq edərək İran hakimiyyətini aviasiya sektorundan silah və qanunsuz yük daşımaq üçün istifadə etməkdə günahlandırıb.
2026-cı ilin birinci yarısında İran turistlərinin sayı 49% azalaraq 29.400 nəfərə, onlardan gələn gəlir isə 65% azalaraq 19.9 milyon dollara düşüb. İranın Gürcüstanın turizm gəlirlərindəki payı təxminən 2.6%-dir.
Mənbə: unikal.az