“Socar Karbomid”in məhsulunun 70 %-i xarici bazarlara çixarilacaq
ATV.az xəbər verir ki, Sumqayıtda yerləşən “SOCAR Karbamid” zavodu növbəti ixrac partiyasını yola salıb. Zavodun məhsulu karbamid gəmilərə yüklənmək üçün Hövsan limanına göndərilib. Türkiyəyə göndəriləcək bu məhsul 15 min tondan çoxdur. Bu ayın sonlarında isə ikinci tenderin də keçirilməsi nəzərdə tutulur. Zavod gündəlik 2000 ton karbamid istehsalı gücünə malikdir. Bu da illik təxminən 650-660 min ton azot gübrəsi istehsalı deməkdir. İstehsal edilən karbamid məhsulunun təxminən 30 faizi daxili tələbatı tam ödəyəcək, qalan 70 faizi “Made in Azerbaijan” brendi altında dünya bazarlarına ixrac olunacaq.
ATV.az
Mənbə: www.atv.az