İraq neft ixracında marşrutu dəyişdi

İraq neft ixracında marşrutu dəyişdi

ABŞ və İsrailin hücumlarından sonra İranın Hörmüz boğazını bağlaması neft daşımalarında problemlər yaradıb. Bu vəziyyət İraqı neft ixracı üçün alternativ marşrutlara yönəldib.

İraq son aylarda 15 ildən sonra ilk dəfə xam nefti quru yolu ilə tankerlərlə Suriyanın “Banyas” neft terminalına daşımağa başlayıb.
İraq və Suriya arasında əldə olunan razılaşmaya əsasən, yüzlərlə neft tankeri Suriyanın Tartus şəhərində yerləşən “Banyas” terminalına çatdırılır. Burada xam neft tankerlərdən neft gəmilərinə yüklənərək dəniz yolu ilə ixraca göndərilir.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az