Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin fəaliyyətinin dayanmasından sonra ölkə xam neft satışlarını yenidən Hörmüz boğazı üzərindən həyata keçirməyə başlayıb.
“Saudi Aramco” bu həftə Asiyadakı neft emalı zavodlarına sentyabr və oktyabr aylarında Hörmüz boğazının kənarından təhvil veriləcək təxminən 20 milyon barel xam neft satıb.
Alıcılar arasında Çinin dövlət və özəl neft emalı şirkətləri, eləcə də Şərqi Asiyanın digər idxalçıları yer alır.
Kəmərdəki fasilədən sonra “Aramco” Qırmızı dənizdəki “Yanbu” limanından bəzi Avropa müştərilərinə göndərişləri təxirə salıb. Satılan neft yüklərinin isə sentyabr və oktyabr aylarında Oman körfəzində gəmidən-gəmiyə yüklənərək daşınacağı bildirilir.
“Aramco” məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az