Qızıl qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz qərarından sonra neft qiymətlərinin ucuzlaşması fonunda yüksəlib.
Spot qızılın qiyməti 1,1% artaraq bir unsiya üçün 4 310,49 dollara çatıb. ABŞ qızıl fyuçersləri isə təxminən 1% ucuzlaşaraq 4 348,70 dollar olub.
Neft qiymətlərinin Səudiyyə Ərəbistanının əlavə xam neft tədarükü həyata keçirəcəyi xəbərləri fonunda geriləməsi qızılı dəstəkləyib.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az