Qobustanda 100 MVt gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilib. Stansiyanın ildə təxminən 200 milyon kVt/saat elektrik enerjisi istehsal edəcəyi və 45 milyon kubmetr təbii qaza qənaət edəcəyi gözlənilir.
İqtisadçı Natiq Cəfərli bildirib ki, alternativ və bərpa olunan enerjidən istifadə Azərbaycanda təbii qaza qənaət edilməsinə və qənaət olunan qazın Avropaya nəqlinə xidmət edir.
Onun sözlərinə görə, bu layihələr həm də yeni texnologiyaların Azərbaycana tətbiqinə səbəb olacaq:
“Buna görə də mənə elə gəlir ki, Azərbaycanda alternativ və bərpa olunan enerjiyə beynəlxalq investorların marağı da artacaq. Çox güman ki, belə bir prinsip görəcəyik. Beynəlxalq investorların dünyada alternativ və bərpa olunan enerjiyə maraqları var və bu maraqlar nəticəsində Azərbaycana da, çox güman ki, bu sahəyə yeni investisiyalar daxil olacaq”.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az