Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi -

Bakıda aparılan yol-təmir işləri ilə əlaqədar bir sıra avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bu barədə “BakuBus” MMC-dən məlumat verilib.

Bildirilib ki, Koroğlu parkının ətrafında aparılan təmir işləri səbəbindən 3, 17, 20, 33 və 88 nömrəli marşrut xətləri Ənvər Qasımzadə küçəsindən sola – Mirəli Qaşqay küçəsinə dönərək, daha sonra mövcud hərəkət sxemləri üzrə fəaliyyətlərini davam etdirirlər.

Bundan başqa, 20 nömrəli marşrut xəttinin hərəkət etdiyi Səməd Cəfərov küçəsində, Fatimeyi-Zəhra məscidinin qarşısında da yol-təmir işləri aparılır. Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti Surxay Nəcəfov küçəsi ilə təşkil edilib.

Mənbə: bizim.media