İran aviaşirkətlərinin beynəlxalq uçuşları dayandırıla bilər

İran aviaşirkətlərinin beynəlxalq uçuşları dayandırıla bilər

İran aviaşirkətləri sentyabrın 23-dən etibarən beynəlxalq uçuşların həyata keçirilməsində ciddi məhdudiyyətlərlə üzləşə bilər.

Bunu ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, İran aviaşirkətlərinə xidmət göstərən xarici şirkətlər ABŞ-nin ikinci dərəcəli sanksiyaları ilə üzləşə bilər. Məhdudiyyətlər İran təyyarələrinin yanacaqla təmin edilməsini, hava limanlarında yerüstü xidmətlərin göstərilməsini və aviabiletlərin satışını əhatə edəcək.

Bessent qeyd edib ki, tələblərə əməl etməyən şirkətlərin dollar əsaslı maliyyə sisteminə çıxışı məhdudlaşdırıla bilər.

ABŞ rəsmisi məsələni Çin tərəfi ilə də müzakirə etdiyini və Vaşinqtonun İranla əməkdaşlığı davam etdirən şirkətləri nəzarətdə saxladığını bildirib.

Qeyd edək ki, sözügedən addımlar ABŞ-nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının sərtləşdirilməsi çərçivəsində atılır.


Mənbə: unikal.az