Metrolarda vahid gediş haqqı sistemi başa çatır

Metrolarda vahid gediş haqqı sistemi başa çatır


İstanbulda milyonlarla ictimai nəqliyyat sərnişininə təsir edəcək yeni gediş haqqı sistemi ilə bağlı işlər sürətlənib.

Axar.az-a istinadla xəbər verilir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Artıq metrobus xətlərində tətbiq olunan “gedilən məsafəyə görə ödəniş” sisteminin metro və tramvay xətlərinə də şamil edilməsi məqsədilə seçilmiş stansiyalarda geri ödəniş terminallarının quraşdırılması və lazımi elektrik infrastrukturunun yaradılması işləri tamamlanıb.
Hazırkı sistemdə metro və tramvaylarda ən qısa və ən uzun məsafəni qət edən sərnişinlərdən eyni məbləğdə gediş haqqı tutulurdusa, yeni modeldə sərnişinin düşdüyü stansiyaya əsasən balansın artıq qalan hissəsinin geri qaytarılması nəzərdə tutulur.
Hazırkı gediş haqqı tarifi aşağıdakı kimidir:
Tam tarifli bilet: 46,20 TL
Tələbə bileti: 22,55 TL
Tələbə bileti (30 yaşdan yuxarı): 41,58 TL
Sosial tarifli bilet: 33,08 TL
Qeyd edək ki, metrobus xətlərində bir dayanacaq məsafəsində səyahət edən sərnişin 33,08 lirə (tam tarif) ödəyərkən, 43 dayanacaq məsafəsində səyahət edəndən 68,59 TL tutulur. Yəni qət edilən dayanacaq sayına əsasən pilləli tarif tətbiq olunur. Metro və tramvay xətləri üçün də oxşar pilləli qiymət sisteminin tətbiqi ilə bağlı təklifin UKOME-nin (Nəqliyyat Koordinasiya Mərkəzi) gündəminə çıxarılması gözlənilir. Sistemin rəsmi istifadəyə verilmə tarixi hələ müəyyən edilməsə də, infrastrukturun təkmilləşdirilməsi və stansiyalarda geri ödəniş aparatlarının quraşdırılması işlərinin sürətlə davam etdiyi bildirilir.

Mənbə: www.bakupost.az