Azərbaycanda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) balansındakı 6 şirkət ləğv olunur.
Bunlar “Ucar 3 nömrəli Təmir Quraşdırma”, “İsmayıllı Avtovağzalı”, “Daşkəsən Tikinti Müəssisəsi”, “Tərtər Barama Müəssisəsi”, “Sabirabad 8 nömrəli İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstə” MMC-lər və Azərbalıq Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin İmişli Balıq Zavodudur.
Qeyd edək ki, ləğv olunan şirkətlərin kreditorlarının iki ay ərzində tələblərini AZ1029 Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr., ev 139 ünvanına bildirə biləcəkləri vurğulanıb.
Könül
Mənbə: olke.az