Avropa Birliyində ən çox spirtli içki qəbul edən ölkələrin adları açıqlanıb.
Portuqaliya, İtaliya və Belçika Avropa Birliyində "ən çox içənlər" elan edilib.
Belə ki, 16 yaşdan yuxarı sakinlərin gündəlik spirtli içki qəbul etmə faizinin Aİ ölkələri arasında Portuqaliya, İtaliya və Belçikada ən yüksək olduğu müəyyən edilib.
Portuqaliyada bu pay 16 olub ki, bu da digər ölkələrin hər birindəkindən ən azı iki dəfə çoxdur. İtaliyada insanların 7,9 faizi, Belçika və Danimarkada isə hər biri 7,5 faiz spirtli içki qəbul edir. Nisbətən yüksək bal toplayan digər iki ölkə Hollandiya və Fransa olub.
Avropa Birliyi sakinlərinin 4,8 faizi hər gün, 19,2 faizi həftədə bir dəfədən çox, 21,8 faizi isə ayda bir dəfədən çox spirtli içki qəbul edir. 20,7 faizi ayda bir dəfədən az spirtli içki qəbul edib, 33,5 faizi isə ən azı 2025-ci il ərzində spirtli içki qəbul etməyib.
Mənbə: bizim.media